AYNA “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” mövzusunda təlim təşkil edib
07 Yanvar, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən uşaqlar arasında təhlükəsiz yol hərəkətinin təşviqi və onları maarifləndirmək məqsədilə ekskursiya təşkil edilib. Ekskursiya zamanı 263 nömrəli orta məktəbin şagirdləri “BakuBus”ın müasir avtobus parkında yeni nəsil elektrik avtobusları ilə tanış olublar. Onlara bu nəqliyyat vasitələrinin texniki üstünlükləri və ekoloji faydaları barədə maraqlı məlumat verilib.
AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” mövzusunda təlimdə isə şagirdlərə yol hərəkəti qaydaları maraqlı və anlaşılan formada təqdim edilib. Burada uşaqlara həm yol təhlükəsizliyinin əhəmiyyəti aşılanıb, həm də gündəlik həyatda istifadə edə biləcəkləri faydalı biliklər çatdırılıb.
Daha sonra şagirdlərin nəzəri bilikləri əyləncəli və interaktiv tapşırıqlarla möhkəmləndirilib.
Təlimin sonunda uşaqlara nəqliyyat vasitələri və yol təhlükəsizliyi ilə bağlı kitabçalar hədiyyə edilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir