AYNA tərəfindən balacalar üçün əyləncəli-maarifləndirici tədbir təşkil edilib
01 Iyun, 2025
1 İyun
- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AYNA tərəfindən balacalar
üçün əyləncəli-maarifləndirici tədbir təşkil edilib. Tədbirdə 6-12 yaşarası
uşaqlar iştirak ediblər. Bildirilib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli,
Vətənə layiqli övladlar kimi böyüməsi üçün hər cür şərait yaradılıb. Onların
hüquqları dövlət tərəfindən daim qorunur.
Azyaşlılar
üçün əlamətdar olan bu günü daha da maraqlı etmək məqsədilə xüsusi proqram
hazırlanıb.
Əvvəlcə
uşaqlar üçün paytaxtın gəzməli-görməli yerlərinə avtobus turu təşkil edilib.
Onlara marşrut boyu yerləşən tarixi-memarlıq abidələri, müasir memarlıq nümunələri
haqqında ətraflı məlumat verilib.
Avtobus
turu yekunlaşdıqdan sonra isə balacalar üçün rəsm təlimi təşkil edilib. Təlim
zamanı fırça ustaları uşaqlara rəssamlıq sənəti ilə bağlı məlumat veriblər,
onlara boya və fırçadan düzgün istifadə qaydalarını öyrədiblər. Daha sonra
uşaqlar nəqliyyat mövzusunda rəsmlər çəkiblər. Rəsmlərdə balacalar Bakının küçələrində
şütüyən avtobusları, velosiped və skuterləri, piyadaları təsvir ediblər.
Tədbirin
sonunda uşaqlara özlərinin rənglədiyi suvenirlər təqdim olunub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir