AYNA tərəfindən daşıyıcılar üçün infotur təşkil edilib
23 Avqust, 2024
AYNA-nın təşkilatçılığı ilə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən yerli şirkətlərin Xaçmaz rayonu ərazisində yeni yaradılmış “Food City Agrocomplex”-nə səfər təşkil edilib.
Tədbirin məqsədi avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında nəqliyyat xidmətlərinin ixracının artırılması və bununla da daşımalarda yerli daşıyıcıların bazar paylarının daha da artırılmasına nail olmaqdır.
Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınmaları həyata keçirən 20 daşıyıcı şirkətin rəhbəri və nümayəndələri 11,71 ha ərazini əhatə edən kompleksdə yaradılan şəraitlə tanış olub. Bu kompeks, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər coxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir. Ərazi ilə ümumi tanışlıqdan sonra daşıyıcıların aqrokompleksdə yaradılan şərait barədə fikirləri və təklifləri dinlənilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir