Azərbaycan-Ukrayna Qarışıq Komissiyasının növbəti iclası keçirilib
17 Sentyabr, 2021
16 Sentyabr tarixində Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.
Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Nəqliyyat Daşımaları və Təhlükəsizlik Departamentinin Avtomobil Daşımaları İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Katerina Onişenko rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, eyni zamanda "İcazə blank"larının hər iki ölkənin yükdaşıyıcılarının təlabatını nəzərə alaraq bölgüsünün təmin edilməsi müzakirə edilib.
Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir