Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr, 2021
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli Sazişin müddəalarının icrası ilə bağlı Bakıda Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin, eyni zamanda Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nümayəndələri də iştirak edib.
Tədbirdə ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının ümumi vəziyyəti, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları və icazə blanklarının kontingenti, sərhəd keçid məntəqlərində hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı və digər məsələlər müzakirə edilib. Həmçinin cari ildə Azərbaycan Respublikasının ərazisindən tranzit keçərək Türkiyə və Avropaya gedən İran İslam Respublikasına məxsus nəqliyyat vasitələrinin və “Bakı-Naxçıvan-Bakı” müntəzəm sərnişin marşrutunda işləyən avtobusların sayının artırılması, yükdaşımalarda problemlər və onların həlli yolları, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində daşımaların inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq razılıqlar əldə edilib və Protokol imzlanıb.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir