Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub
31 Dekabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) və Dövlət Gömrük Komitəsinin nümayəndələri Culfa, Şahtaxtı, eləcə də İranın Culfa və Poldəşt sərhəd buraxılış məntəqələrinə səfər ediblər.
Keçirilən görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Daha sonra sərhəd-keçid məntəqələrinin buraxılış imkanları, beynəlxalq daşımalarda tətbiq edilən qaydalar haqqında tərəflərin məsul nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Azərbaycan daşıyıcılarının İranda üzləşdikləri çətinliklər barədə qarşı tərəfin nümayəndələrinə ətraflı məlumat verilib.
Yük nəqliyyat vasitələrinin mütəmadi yoxlamalara cəlb edilməsinin buraxılış qabiliyyətini ləngitdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın sərhəd-gömrük keçid məntəqələrində nəqliyyat vasitələrinin yoxlamaya cəlb edilməsi süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edildi ki, Azərbaycan tərəfdə Culfa və Şahtaxtı buraxılış məntəqələrinin infrastrukuturu ən yüksək tələblərə cavab verir, nəqliyyat vasitələrinin sürətli yoxlanılmasına imkan verən rentgen qurğuları ilə təchiz olunub. İranın Culfa və Poldəşt sərhəd-keçid məntəqələri rentgen cihazı ilə təchiz edilmədiyindən yüksək risk qrupuna daxil olan nəqliyyat vasitələrinin buraxılması ehtimalı artır. İran tərəfi yaxın zamanda bu cür qurğuların quraşdırılacağını bildirib.
Eyni zamanda, bəzi hallarda Culfada gecə saatlarında İran tərəfinin fəaliyyət göstərməməsi, Şahtaxtı və Poldəştdə 16 saatlıq iş rejimin olması da buraxılış qabiliyyətinə təsir edən amil kimi qeyd olunub.
Tərəflər qeyd olunan mövzuların qarşılıqlı şəkildə müzakirə edilib, iş saatlarına baxılması məsələsi barədə razılığa gəldilər.
Sadalanan çatışmazlıqlar aradan qaldırılandan sonra günlük bir istiqamətdə Şahtaxtı üzrə 150-200, Culfa üzrə 200-250 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.
Digər xəbərlər
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
18 Iyun, 2026
Sürücü qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
17 Iyun, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib