Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb
16 Iyun, 2026
Bakıda
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Monqolustanın Yol və Nəqliyyat
Nazirliyinin Avtomobil Nəqliyyatı Siyasətinin Əlaqələndirilməsi Departamenti
arasında beynəlxalq avtomobil daşımaları sahəsində tarixdə ilk ikitərəfli görüş
keçirilib.
Görüşdə
Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyasının (ABADA) və milli daşıyıcıların nümayəndələri iştirak ediblər.
Müzakirələr
zamanı Azərbaycan və Monqolustan arasında beynəlxalq avtomobil yük
daşımalarının mövcud vəziyyəti, tranzit potensialı, əməkdaşlığın genişləndirilməsi
və daşıyıcıların qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün
yekununda beynəlxalq yük daşımalarının inkişafına təkan verəcək mühüm
razılaşmalar əldə olunub. Qərara əsasən, 2026-cı il üçün əlavə olaraq ikitərəfli
daşımalar üzrə 2 000, tranzit daşımalar üzrə 250, üçüncü ölkəyə/ölkədən
daşımalar üzrə isə 400 icazə blankının mübadiləsi həyata keçiriləcək.
Bununla
yanaşı, 2027-ci il üzrə ilkin icazə kvotası ikitərəfli daşımalar üçün 2 000,
tranzit daşımalar üçün 250, üçüncü ölkəyə/ölkədən daşımalar üçün 450 ədəd müəyyən
edilib. Beləliklə, iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı
mübadilə olunan icazə blanklarının sayı əvvəlki dövrlə müqayisədə 10 dəfə
artırılıb.
Tərəflər,
həmçinin cari və növbəti illər ərzində daşıyıcıların icazə blanklarına olan tələbatının
tam təmin ediləcəyini bildiriblər.
Görüş
çərçivəsində icazə blanklarının mübadiləsi və istifadəsinin
elektronlaşdırılması istiqamətində də mühüm razılıq əldə olunub. Bu məqsədlə
birgə texniki işçi qrupunun yaradılması və iyulun 1-dən layihə üzrə işlərə
başlanılması planlaşdırılır.
Elektron
sistemin tətbiqi icazələrin əldə olunması və istifadəsi prosesini sadələşdirəcək,
əməliyyat xərclərini və vaxt itkilərini azaldacaq, daşımaların daha şəffaf və
operativ həyata keçirilməsinə imkan yaradacaq.
Beynəlxalq
yük daşımaları zamanı yaranan məsələlərin operativ həlli üçün aidiyyəti
qurumlar arasında birbaşa və çevik əlaqələndirmə mexanizminin tətbiqi barədə də
razılığa gəlinib.
Keçirilən
görüş Azərbaycanla Monqolustan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın
yeni mərhələyə keçməsinə, beynəlxalq yük daşımalarının həcminin artırılmasına və
daşıyıcılar üçün daha əlverişli fəaliyyət mühitinin formalaşdırılmasına xidmət
edəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir