Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
25 Iyun, 2026
Növbəti
ildən Azərbaycanla Qazaxıstan arasında kağız daşıyıcıda olan icazələrdən tam
imtina edilərək yalnız elektron icazə blanklarının mübadiləsi və verilməsi həyata
keçiriləcək.
Bu barədə
razılıq Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Qazaxıstan
Avtomobil Nəqliyyatı və Nəqliyyat Nəzarəti Komitəsi arasında keçirilən beynəlxalq
avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclasında əldə olunub.
Bu qərar
e-permit sisteminin istifadəsi və hazırda aktiv tətbiq olunmasının uğurlu nəticələri
nəzərə alınaraq verilib. Bildirilib ki, “İcazə” blanklarının mübadiləsi və
verilməsi prosesinin tam elektronlaşdırılması inzibati və əməliyyat çətinliklərini
minimuma endirməklə yanaşı, beynəlxalq daşıma proseslərinin daha şəffaf, sürətli
və səmərəli təşkilinə mühüm töhfə verəcək.
Dövlət
Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyasının nümayəndələrinin və milli daşıyıcıların da iştirakı ilə baş
tutan görüşdə Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq
yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə
olunub. Tərəflər son illərdə yük daşımalarının həcminin artmasından, həmçinin hər
iki ölkənin beynəlxalq və tranzit daşımalar sistemində oynadığı mühüm roldan məmnunluqlarını
ifadə ediblər.
Cari
il üzrə beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə ikitərəfli,
tranzit və üçüncü ölkəyə/ölkədən daşımalar üzrə hər biri üçün 2 000 olmaqla
ümumilikdə 6 000 elektron icazə blankının əlavə olaraq qarşılıqlı mübadiləsi
barədə qərar qəbul edilib.
Bununla
yanaşı, 2027-ci il üzrə icazə blanklarının ilkin kvotası ikitərəfli daşımalar
üçün 12 000, tranzit daşımalar üçün 8 000, üçüncü ölkəyə/ölkədən daşımalar üçün
isə 8 000 ədəd olmaqla ümumilikdə 28 000 icazə blankı səviyyəsində müəyyənləşdirilib.
Beləliklə,
iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı mübadilə olunan
icazə blanklarının ümumi kvotası əvvəlki dövrlə müqayisədə 12 000 vahid
artırılıb. Tərəflər cari və növbəti illərdə daşıyıcıların icazə blanklarına
olan tələbatının tam şəkildə qarşılanacağına əminliklərini ifadə edib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir