Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankının tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib
01 Avqust, 2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.
Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi ilə yükdaşımaları yerinə yetirilib. Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb.
Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu üzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəfli beynəlxalq yük daşımalarının həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır və icazələrin alınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.
Qeyd edək ki, beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.
Digər xəbərlər
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir