Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin birgə məlumatı
16 Iyul, 2025
Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı
yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
Azərbaycan
Respublikası Prezidentinin 30 yanvar 2025-ci il 456 nömrəli Sərəncamə ilə təsdiqlənmiş
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Böyükşor–Pirşağı
avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə
müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq
tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir.
Baş
Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları qeyd olunan yolda monitorinqlər
keçiriblər. Təhlillərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə
yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin
təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin
tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq
monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və
onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir