“AzParking” mobil tətbiqi yeniləndi
25 Iyun, 2026
“AzParking”
mobil tətbiqinin yenilənmiş versiyasına qeydiyyat, sessiya idarəetməsi və
istifadəçi təcrübəsini sadələşdirən bir sıra funksionallıqlar əlavə edilib.
Tətbiqin
əsas funksionallıqları yenidən işlənib, istifadəçi təcrübəsini çətinləşdirən
bir sıra proseslər sadələşdirilib və yeni texniki imkanlar əlavə edilib.
Tətbiqdə
aparılan dəyişikliklərin əsas məqsədi parklanma prosesini daha aydın, rahat və
operativ həyata keçirməkdir. Bu yeniliklər istifadəçilərdən daxil olan müraciət,
təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb.
Yeni versiyada təqdim olunan əsas dəyişikliklər:
-
myGov
və SİMA inteqrasiyası vasitəsilə daha rahat qeydiyyat və identifikasiya
prosesi;
- təkmilləşdirilmiş bildirişlər bölməsi;
- şikayət və təkliflərin tətbiq üzərindən
daha sürətli göndərilməsi funksiyası;
- xəritə əsaslı istifadənin genişləndirilməsi;
- aktiv parklanma sessiyalarının tətbiq
daxilində real vaxt rejimində göstərilməsi;
- bir hesab üzərindən bir neçə şəxs üçün fərdi
parklanma talonuna müraciət imkanı.
Həyata keçirilən yenilənmə yalnız vizual dəyişikliklərlə
məhdudlaşmayıb. Tətbiqin istifadə məntiqi və istifadəçi axınları yenidən
optimallaşdırılıb. Bu da sürücülərə gündəlik
parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməyə
imkan verir.
Tətbiqin
inkişafı mərhələli şəkildə davam etdiriləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir