“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
26 Oktyabr, 2026
Sürücülərin rahatlığını təmin etmək və parklanma
prosesini daha da asanlaşdırmaq məqsədilə “AzParking” mobil tətbiqinə bir sıra
yeniliklər əlavə olunub.
Dəyişikliklər istifadəçilərdən daxil olan müraciət,
təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və
parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.
Yeni versiyada təqdim olunan əsas dəyişikliklər:
Məntəqənin düzgünlüyünün təsdiqi – fərqli
qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçimi azaltmaq
üçün sessiyaya başlamazdan əvvəl məntəqənin təsdiqlənməsi.
İnternet bağlantısı xəbərdarlığı – bağlantı
kəsildikdə, istifadəçiyə dərhal məlumatın verilməsi və yenidən yoxlama imkanının
yaradılması.
Xidməti
parklanma xəbərdarlığı –
istifadəçiyə yaxınlıqda xidməti avtomobillər üçün yerlərin olması barədə
bildirişin göndərilməsi. Bu da sürücüyə düzgün yerdə park etmək imkanı yaradır.
Canlı
fəaliyyətlər – tətbiqi
açmadan aktiv parklanma sessiyasının birbaşa telefonun kilid ekranından izlənilməsi.
Xəritə
görünüşü seçimi – məntəqəni
daha rahat tapmaq üçün standart xəritənin və ya peyk görünüşününün seçilməsi.
Həyata keçirilən yenilənmə və təkmilləşdirmə sürücülərə parklanma əməliyyatlarını
daha sürətli, rahat və minimum addımla həyata keçirməyə imkan verir.
Tətbiqin inkişafı mərhələli şəkildə davam etdiriləcək.
Digər xəbərlər
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr, 2026
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb