“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib
22 Iyul, 2025
Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması
zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək
məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə
rejimi aktivləşdirilib.
Bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet
paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.
Yenilik hazırda “Azercell”, “Bakcell” və “Nar” abunəçiləri
üçün aktivdir. Qeyd edilən mobil operatorlar üzərindən internet paketi
olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər.
Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və
sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni
avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar
daxildir.
Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir