Bakı küçələrində velosiped yollarının salınması davam etdirilir
11 Oktyabr, 2024
Əhalinin velosiped sürməyə marağını nəzərə alaraq, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrində mikromobillik zolaqları təşkil edilir. Bu, qısa məsafəyə gedən insanları tıxacda qalmaqdan da xilas edir.
Bu istiqamətdə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir neçə istiqamətində velosiped yollarının təmin edilməsi işləri aparılıb.
Belə ki, Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir