“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
01 May, 2026
“Bakı
Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq
ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20,
21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184,
E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Dəyişikliyə
əsasən,
1
nömrəli marşrutun (“Neftçilər” m/st istiqaməti) və H1
nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti
Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi –
Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət
hissəsi ilə təşkil ediləcək.
2 nömrəli marşrut Rəşid Behbudov küçəsi –
Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Əhməd bəy Ağaoğlu küçəsi – Təbriz
küçəsi – Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.
4, 10 və 88A nömrəli marşrutların son dayanacaq məntəqələri Dilarə
Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar
Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.
7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin
əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.
13 və
M8 nömrəli marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət
hissəsi ilə təşkil ediləcək.
20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacaq məntəqələri Xocalı
prospektində (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək. Bu marşrutlar “28 May”
NMM və “Sədərək” ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.
20, 21 və 32 nömrəli müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son
dayanacaq məntəqələri Xocalı prospekti (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək.
36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev
prospektinin kənar hərəkət hissəsində (“Koroğlu” m/st) təşkil ediləcək.
38 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun
küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək.
Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.
125 nömrəli marşrutun fəaliyyəti (“28 May” NMM istiqaməti) Rəşid
Behbudov küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti ilə təşkil ediləcək.
177 nömrəli marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı
yolu (“Ləhic bağları” ərazisi) olmaqla fəaliyyət göstərəcək.
E1 nömrəli marşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi –
Süleyman Rəhimov küçəsi – Xətai prospekti - Heydər Əliyev prospekti (əsas hərəkət
hissəsi) ilə təşkil ediləcək.
Digər xəbərlər
10 Iyun, 2026
1- 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası
09 Iyun, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
08 Iyun, 2026
Təbriz küçəsi daha rahat və təhlükəsiz hərəkət məkanına çevriləcək
05 Iyun, 2026
Daha 6 tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb
04 Iyun, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,8 dəfə artıb