Bakı Olimpiya Stadionunda baş tutacaq konsertin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq
26 Iyul, 2025
İyulun 27-də Bakı Olimpiya Stadionunda məşhur dünya ulduzu Castin Timberleykin baş tutacaq konsertində iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb.
Ziyarətçilərin saat 16:00-dan 20:00-dək metronun “Koroğlu” (Nəqliyyat Mübadilə Mərkəzindən), "Qara Qarayev", "28 May" və "20 Yanvar" stansiyalarından Bakı Olimpiya Stadionuna daşınması təmin ediləcək. Əks istiqamətdə isə avtobuslar saat 23:00-dan hərəkət edəcək. Daşımalar ümumilikdə 80 avtobusla ödənişsiz təşkil ediləcək.
Tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir