Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək
05 Iyul, 2025
“Böyük Qayıdış” proqramı
çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun
7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə
veriləcək.
Məqsəd işğaldan azad
edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat
infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Avtobuslar hər gün Bakı
Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə
aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar
Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30,
Xocalı rayonundan isə 11:00-da yola düşəcək.
Bakı-Laçın və əksinə
istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində
14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə
istiqamətində isə 13.90 manat təşkil edir.
Biletləri yalnız “biletim.az”
portalı üzərindən onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə
edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına
uyğun olaraq icazələrin olması mütləqdir.
Digər xəbərlər
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
26 Avqust, 2026
Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
25 Avqust, 2026
“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik