Bakıda elektrikli velosipedlərin parkı genişlənir
04 Iyul, 2025
Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi
davam edir. AYNA tərəfindən infrastrukturun genişləndirilməsi, velosiped və
skuterlərlə rahat və təhlükəsiz hərəkət üçün mikromobillik zolaqlarının
uzunluğunun artırılması və onların bağlılığının təmin edilməsi istiqamətində həyata
keçirilən tədbirlərə paralel olaraq, velosiped parkının genişləndirilməsi üçün
də addımlar atılır. Belə ki, artan tələbatı nəzərə alaraq, “APAR” şirkəti bu
günlərdə paytaxta yeni elektrikli velosipedlərin gətirilməsi və istifadəyə
verilməsini təmin edib.
Müasir rəqəmsal texnologiyalar əsasında yaradılmış
platformadan istifadə edərək velosiped həvəskarları onları şəhərin müxtəlif
yerlərində yaradılmış məntəqələrdə icarəyə götürə bilərlər.
Yeni velosipedlər ən son texnologiyalar əsasında
yaradılıb və əvvəlki modellərlə müqayisədə bir sıra üstünlüyə malikdir.
Konstruksiyanın təkmilləşdirilməsi sayəsində onlar istismarda daha praktikdir,
yeni erqonomik dizayna və daha az çəkiyə malikdir, hərəkət sürətini və
batareyanın doldurulma səviyyəsini göstərən displeylə təchiz edilib. Oturacağın
hündürlüyünü insan boyuna daha dəqiq uyğunlaşdırmaq mümkündür ki, bu da hərəkət
zamanı rahatlığı və təhlükəsizliyi təmin edir.
Mikromobillik infrastrukturunun daha da inkişaf
etdirilməsi, velosiped və skuter parkının yenilənməsi üzrə işlər davam etdiriləcək.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir