Bakıda növbəti veloyürüş keçirilib
08 Mart, 2025
“İdman həftəsi” çərçivəsində və Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Gənclər Fondunun, Dənizkənarı Bulvar İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakıda xanımların veloyürüşü keçirilib.
Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Bulvar ərazisində təşkil olunub.
Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.
Digər xəbərlər
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
26 Avqust, 2026
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
25 Avqust, 2026
“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik