Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır
25 Sentyabr, 2025
“Böyük
Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların
keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi
təşkil edilir.
Sentyabrın
26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son
dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti
üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
Avtobuslar
Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola
düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13,90 AZN təşkil edir.
Biletləri
yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi
üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün
icazələr avtomatik qaydada təqdim olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir