Bakıdan Naxçıvana səfərlər komfortlu avtobuslarla həyata keçirilir
30 Dekabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Bakı-Naxçıvan istiqamətində keçirilən müsabiqə nəticəsində "BakuBus" MMC qalib gəlib. Yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.
Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir