Bakının mərkəzində piyada zonaları genişləndirilir
28 Sentyabr, 2026
Bakı şəhərində mobilliyin artırılması, piyadaların
rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər
davam etdirilir.
Bu çərçivədə 2 ildən artıq müddətdir həftəsonları
avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq
olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin
bütün günlərini əhatə edəcək.
Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza
küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin
Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir.
Təşəbbüsün əsas məqsədi şəhərin piyada zonalarının
arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti
üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz
mühitin formalaşdırılması, eləcə də ərazinin turizm və biznes potensialının
artırılmasıdır.
Qeyd edək ki, əvvəlki qaydada olduğu kimi, fərdi
parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də
logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin
ediləcək. Bununla yanaşı, ərazidə fəaliyyət göstərən dövlət qurumları,
diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə müvafiq
iş aparılacaq, onlara zəruri dəstək göstəriləcək.
Qaydaların tətbiqinə oktyabrın 5-dən test
rejimində başlanılması nəzərdə tutulur.
Əlavə suallarla bağlı iş saatlarında 141@ayna.gov.az e-poçt ünvanı və (+994) 77 1000 141 nömrəsi vasitəsilə əlaqə
saxlanıla bilər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir