Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə 130 000-ə yaxın sərnişin daşınıb
01 Aprel, 2025
Respublika
ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində
əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi
üçün 19-31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin
daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Gücləndirilmiş iş rejimi ərzində
paytaxtdan bölgələrə və əks istiqamətə 7386 reys həyata keçirilib, 130 000-ə
yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə
olaraq 300-dən çox reys həyata keçirilib.
Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə
təqdim edilib.
Qeyd edək ki, 19-20 mart tarixlərində sərnişinlərin 48%-i
biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə
bu göstərici 25-30% təşkil edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı
tam qarşılanıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir