Bərdədə taksi sürücüləri üçün təlim keçirilib
20 Noyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Bərdə şəhərində taksi sürücüləri üçün təlimlər keçirilib. Noyabrın 17-dən 20-dək
təşkil olunan təlimlərə 50 sürücü cəlb olunub.
Xüsusi hazırlıq proqramına taksi
ilə sərnişindaşıma qaydaları, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat
vasitələri və sürücülərə dair tələblər, etik davranış qaydaları, eləcə də ilk
tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.
Taksi
fəaliyyəti üçün şəhadətnamə əldə etmək istəyən sürücülər müvafiq təlimləri
tamamlamalı və imtahan verməlidirlər. Təlim mərhələsi bitdikdən sonra sürücülərin
məlumatları Dövlət İmtahan Mərkəzinə təqdim olunacaq və namizədlər imtahandan uğur
qazanaraq şəhadətnamə əldə edə biləcəklər.
Qeyd
edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və
avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi
aktlara dair xüsusi hazırlıq keçmələri üzrə” proqrama əsasən təşkil olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir