Bərdədə taksi sürücüləri üçün təlimlər təşkil edilib
12 May, 2025
Taksi
minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin
yüksəldilməsi, onun daha əlçatan olması və ölkə üzrə əhatəliyinin genişləndirilməsi
məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər
üçün təlimlər regionlarda da keçirilir.
Növbəti
belə təlim Bərdə Peşə Liseyində təşkil edilib. 25 sürücü nəzəri və praktiki təlimlərə
cəlb olunub. Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə
vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər müvafiq sahə üzrə
yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilib.
İştirakçılara
taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin
hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də
etik davranış qaydaları öyrədilib. Taksi minik avtomobilində sürmə təlimi
zamanı manevretmə, mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv olduğu
yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə edilməsi
aşılanıb.
Təlimi
uğurla keçmiş taksi minik avtomobili sürücüləri Dövlət İmtahan Mərkəzinin təşkil
etdiyi imtahanda iştirak hüququ əldə ediblər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir