Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib
18 Mart, 2025
Digər
yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin
Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi
planlaşdırılır.
Həmin
dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə
birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün
parklanma məntəqələri də yaradılacaq.
Həmçinin
Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları
qorunaraq avtomobillər üçün parklanma məntəqələri təşkil edilir.
Hazırda
paytaxtda 360-dan çox velosiped və skuterlər üçün parklanma məntəqəsi yaradılıb
və 35 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. İstifadəçilərin təhlükəsizliyinin
təmin olunması üçün qısa zamanda zolaq boyu təhlükəsizlik sədləri
quraşdırılacaq.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə
artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik, nəqliyyat
sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və
sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər
konsepsiyası çərçivəsində AYNA tərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.
Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol
hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir