Beynəlxalq yükdaşımalarda icazələrin sayı 2 dəfə artırılıb və yeni növ “İcazə blankı” icazələrin siyahısına daxil edilib
25 Aprel, 2025
Aprelin
23-24-də Bakıda Azərbaycanla Latviya arasında beynəlxalq avtomobil daşımaları
sahəsində Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Tədbirdə
iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti,
daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib. Hər iki ölkə
daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə
ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə
artırılması barədə razılıq əldə olunub. Həmçinin müxtəlif növ daşımaların daha
çevik həyata keçirilməsinə şərait yaradılması məqsədilə yeni növ ikitərəfli/tranzit/3-cü
ölkəyə/ölkədən “İcazə” blankı mövcud icazələrin siyahısına daxil edilib. Beləliklə,
Latviya ilə 1000 ədəd ikitərəfli/tranzit və 300 ədəd ikitərəfli/tranzit/3-cü
ölkəyə/ölkədən “İcazə” blanklarının mübadilə edilməsi razılaşdırılıb.
Eyni
zamanda, Azərbaycan, Türkiyə və Özbəkistan arasında uğurla tətbiq olunan “İcazə”
blanklarının elektron qaydada mübadiləsinə və verilməsinə imkan verən “e-Permit”
sistemi nümayəndə heyətinə təqdim olunub. Latviya ilə də “İcazə” blanklarının
yaxın gələcəkdə elektron şəkildə mübadilə edilməsi istəyi məmnunluqla ifadə edilib.
Bununla
yanaşı, Latviya nümayəndə heyəti AYNA-nın Sürücü Təlim Mərkəzində sürücülərin nəzəri
və praktiki hazırlıq prosesi ilə tanış olub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir