Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilib
16 Aprel, 2025
İntensiv
yağış nəticəsində bəzi yollarda nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər
yaranıb. 16 küçə və prospektdəki tunel və yollarda su yığılması səbəbindən 92
marşrutun hərəkətində ləngimələr müşahidə olunur. Heydər Əliyev prospektinin əsas
hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti
ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun “Ulduz” stansiyası
istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi
(Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun
“Koroğlu” stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya
Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Çermet” körpüsünədək, Qara
Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki
istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti
çətinləşib.
Bəzi ərazilərdə
avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.
Sürət
həddi mövcud şəraitə uyğun tənzimləndiyi və məhdudiyyətlər olduğu üçün
avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti
çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri
xahiş olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir