“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb
03 Sentyabr, 2026
2026-cı ilin yanvar-avqust ayları ərzində
“biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 337 bilet əldə edilib. Bu
göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi
də artaraq 42,2%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28% olub.
2025-ci ilin yanvar-avqust ayları ərzində
qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 33,2% idisə, cari ilin müvafiq
dövründə bu göstərici 44,6%-ə yüksəlib.Bu artımlar sərnişinlərin avtovağzal
xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet
alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə
95 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 375 reys olmaqla 423 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil
başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə
etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir