“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,8 dəfə artıb
04 Iyun, 2026
Bu ilin 5 ayı ərazində “biletim.az” portalı vasitəsilə
onlayn qaydada 456 195 bilet əldə
edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
2025-ci ilin yanvar-may ayları ərzində qabaqcadan
satış üzrə biletlərin xüsusi çəkisi 31,8% idisə, cari ilin müvafiq dövründə bu
göstərici 43%-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə
etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı
imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Hazırda “biletim.az” portalında 58 məntəqəyə 94
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 364 reys olmaqla 411 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi
məqsədilə “biletim.az” üzərindən tətbiqə giriş zamanı “myGov ID ilə giriş”
funksionallığı təmin edilib. Eyni zamanada, istifadəçilərə əldə edilən bilet
üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış
vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb.
Bu funksionallıqlar sayəsində istifadəçilər ilkin
qeydiyyat zamanı portala birbaşa və sürətli giriş, həmçinin əvvəlcədən əldə
etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə
ediblər.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir