“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb
07 Avqust, 2026
2026-cı
ilin yanvar-iyul ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 700
598 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək
çoxdur.
Bu ilin
7 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42%-ə yüksəlib. Ötən ilin
müvafiq dövründə bu göstərici 27,4% olub.
2025-ci
ilin yanvar-iyul ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 35%
idisə, cari ilin müvafiq dövründə bu göstərici 48%-ə yüksəlib.
Bu
artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini
planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini
göstərir.
Qeyd
edək ki, “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq
mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub. Onlayn
bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən
bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara
daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr, 2026
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb