“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır
05 Iyun, 2025
Bu
ilin 5 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 259 172 bilet
əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Bu da
onu göstərir ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet alışına
daha çox üstünlük verirlər.
Qeyd
edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet
almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn
bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən
bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Bayram
ərəfəsində və istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada
mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı
vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir