“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır
11 Iyul, 2025
Bu ilin 6 ayı ərzində
“biletim.az” portalı vasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib. Bu,
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.
Ötən ilin 6 ayında qabaqcadan
satış üzrə biletlərin xüsusi çəkisi
17% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32.1%-ə çatıb. Bu da onun bariz
göstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır.
Qeyd edək ki,
“biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq
mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn
bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən
bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşların daha rahat
və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada
“biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir