“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1.8 dəfə artıb
11 Dekabr, 2025
Bu ilin yanvar-noyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.
Onlayn bilet alışının ümumi
bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2%, o cümlədən noyabr
ayında 38,1% təşkil edib.
2024-cü ilin 11 ayı ərzində
qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21.3 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm
37.3 %-ə yüksəlib.
Bu artım sərnişinlərin
avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən
onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az”
portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347
reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli
şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və
avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz
qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı
vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir