“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfədən çox artıb
11 Aprel, 2025
Bu ilin mart ayı ərzində “biletim.az” portalı vasitəsilə
onlayn qaydada 71 773 bilet əldə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,1 dəfə çoxdur. Sevindirici haldır ki, artıq sərnişinlər səfərlərini
reallaşdıran zaman onlayn bilet almağa üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və
rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 311 reys olmaqla 357 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin
edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra
üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az”
saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün
“Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir