“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb
08 Aprel, 2026
Bu
ilin birinci rübü ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 280 469
bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək
çoxdur.
2025-ci
ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6%
idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3%-ə yüksəlib. Bu artım sərnişinlərin
avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən
onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd
edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq
mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat vasitəsi qoşulub. Onlayn
bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən
bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha
rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada
“biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir