141

Əsas Xəbərlər

"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

05 Noyabr, 2026

"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 1 034 341 bilet əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.


Həmçinin ötən ilin yanvar-oktyabr aylarında onlayn satılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının 28%-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 42%-dir.


Ötən ilin 10 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36,5% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48%-ə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.


Qeyd edək ki, biletim.az” portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.


Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xəbəri sosial platformalarda paylaş: