“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artır
08 May, 2025
Bu
ilin yanvar-aprel ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada
201837 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə
çoxdur. Ötən ilin ilk 4 ayı ərzində onlayn qaydada 97079 bilet əldə edilib.
Rəqəmlər
də göstərir ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet almağa
daha çox üstünlük verirlər.
Qeyd
edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet
almaq mümkündür. Sistemə 319 reys olmaqla 371 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət
göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Portal
vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş
dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə
etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.
Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən
yükləmək mümkündür.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir