“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Sərnişinlərin
rahatlığının təmin edilməsi məqsədilə “biletim.az” portalında yeni
funksionallıq istifadəyə verilib.
Yeni
funksionallıq vasitəsilə vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq
üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını
aktivləşdirə bilərlər.
Beləliklə, həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən
avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.
Bu, sərnişinlərin
reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini
daha da rahatlaşdırmağa xidmət edir.
Xatırladaq
ki, bundan əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər
şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha sürətli
formada doldura bilərlər. Bu da bilet alışını daha tez həyata keçirməyə imkan verir.
İstifadəçi 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport
məlumatlarını portala əlavə etmək imkanı da əldə edib.
Vətəndaşlara “biletim.az” tətbiqi və saytı üzərindən
bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə
etmək imkanı yaradılıb.
Tətbiqə giriş zamanı “myGov ID ilə giriş”
funksionallığı sayəsində isə istifadəçilər portala birbaşa və sürətli giriş
imkanı əldə ediblər. Bunun sayəsində əvvəlcədən əldə edilən elektron biletlər
üzrə yerdəyişmə və ya bilet dəyişdirməsi etmək mümkündür.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir