“Biletim.az” portalına yeni funksiya əlavə olunub
25 May, 2026
“Biletim.az” portalı istifadəçilərinin rahatlığının
təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub.
Yenilik portal üzərindən qeydiyyat prosesini sürətləndirmək
və sərnişinlərin təkrar qeydiyyatlarının qarşısını almaq məqsədi daşıyır.
Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi
üçün “biletim.az” üzərindən tətbiqə giriş zamanı “myGov ID ilə giriş”
funksionallığı təmin edilib.
Bu funksionallıq sayəsində istifadəçilər ilkin
qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları doldurmaq əvəzinə
portala birbaşa və sürətli giriş imkanı əldə edirlər.
Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri
üçün əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və
seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da
yaradılıb. Bu yenilik sayəsində istifadəçilər əvvəlcədən əldə etdikləri
elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə ediblər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir