“Biletim.az” portalında funksionallıq artırılıb
30 Iyul, 2026
“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqdə
funksionallıq artırılaraq bəzi yeniliklər edilib.
Artıq “biletim.az” tətbiqi və
saytı üzərindən bilet əldə edərkən istifadəçiyə şəxsiyyət vəsiqəsi məlumatlarını
(fin kod və seriya nömrəsi) daxil etməyə ehtiyac qalmır. Sərnişinlər, sadəcə, sənədi
telefonla skan edərək şəxsi məlumatlarını daha sürətli formada doldura bilərlər.
Yeni funksiya bilet alışını daha sürətli həyata keçirməyə imkanı yaradır.
Tətbiqdə digər bir yenilik xəritə
və dayanacaqlar bölmələrində edilib. Xəritə bölməsində aparılan təkmilləşdirmə
işləri nəticəsində sərnişinlər marşrutlar üzrə avtobusların faktiki yeri, son təyinat
məntəqəsinə çatma vaxtı və digər məlumatları əldə edə biləcəklər. Dayanacaqlar
bölməsindən isə avtobuslara minik yerlərinin ünvanını, əlaqə nömrəsini öyrənmək
mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl istifadəçilərə
“biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla
hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. Buna qədər
portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.
Qeyd edək ki, hazırda
“biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür.
Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir