Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
14 Aprel, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə
bağlı tədbirlərin davamı olaraq “Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli
şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.
“Bakı-Siyəzən”
marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu;
105
nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə
hüquqi şəxs “Bus Service” MMC;
216 nömrəli
şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi
şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd
edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq,
AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin
olunmasıdır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb