Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
13 Sentyabr, 2025
Formula-1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir.
Dəyişikliyə
əsasən:
1 nömrəli avtobus
marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli avtobus
marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus
marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə
Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov
küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus
marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb
Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz
hərəkət sxemi üzrə;
4 nömrəli avtobus
marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti – Dilarə
Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov
küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli avtobus
marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov”
metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi –
Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6 nömrəli
avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət
"Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət
20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.
10,
18, 31, 37, 77 və 205 nömrəli avtobus
marşrutları (istiqamət: “İçərişəhər” metrostansiyası) Şeyx Şamil küçəsi –
Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət
göstərəcək.
20,
88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti
Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut
Xocalı prospekti – Yusif Səfərov küçəsi – 28 May küçəsi ilə hərəkət edəcək.
61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65
nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası)
Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son
dayanacaq məntəqəsi) üzrə;
88
nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası)
Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125
nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası)
Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi
– Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi
Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi “28 May” NMM)
əhatə edəcək.
149
nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən “Binə”
ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.
72 və
E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq
dayandırılacaq.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir