“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır
02 Sentyabr, 2026
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250
nömrəli Qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən
daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə
görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə
başlanılıb.
Yeni “brutto müqavilə” modelinə əsasən, artıq
daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək.
Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər
xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə
uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az
olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə
xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq.
Bu model sərnişinlər üçün daha müntəzəm, etibarlı və
proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək.
Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin
qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin
yüksəldilməsinə şərait yaranacaq.
Dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə
və keyfiyyətli xidmət göstərilməsi məqsədilə “brutto müqavilə” modelindən geniş
istifadə olunur. Artıq ölkəmizdə bu mütərəqqi modelin uğurlu tətbiqinə
başlanılır.
İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm
marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər
marşrutlar da tezliklə bu sistemə qoşulacaq.
Yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli
nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması
halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək.
Yaradılmış xüsusi proqram təminatı vasitəsi ilə daşıyıcıların göstərdikləri
xidmətin keyfiyyətinin ölçülməsi və xidmətin təşkilinə nəzarət təmin ediləcək.
“Brutto müqavilə” modeli, həmçinin daşıyıcıların maliyyə
dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə
avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin
alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha
çox investisiya yatırılmasına imkan verəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir