Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla 120 milyon sərnişin daşınıb
06 Aprel, 2026
Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti
rekord qeydə alınıb. Sərnişin daşımalarının daha səmərəli təşkili, marşrutların
düzgün tənzimlənməsi istiqamətində atılan addımlar nəticəsində 2026-cı ilin ilk
rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 6,8% və ya 7 651 048 nəfər çoxdur.
Məlumat üçün bildirək ki, 2025-ci ilin sonuna sərnişindaşımada
artım tempi 6,2% olub.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş nəqliyyat şəbəkəsinin
qurulması, ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması və
avtobus parkının modernləşdirilməsi prioritet məsələlər kimi qeyd olunub. Görülən
işlərin nəticəsində hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən
çox avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində
ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək
istismara verilib.
Qeyd edək ki, daşımalarda istifadə olunan
avtobusların 82%-i nağdsız ödəniş sisteminə inteqrasiya olunub.
AYNA sərnişin daşımalarının təhlükəsiz və səmərəli
təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl
şəkildə davam etdirir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir