COP29-un doqquzuncu günü daşınan sərnişinlərin sayı açıqlanıb
20 Noyabr, 2024
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı tədbir üçün xüsusi təşkil olunmuş avtobuslarla daşmalar üzrə göstəricilər açıqlanıb.
COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınması COP29 Azərbaycan Əməliyyat Şirkəti, DİN və AYNA tərəfindən birgə təmin edilir.
Bu məqsədlə təşkil edilmiş 18 nəqliyyat mübadilə mərkəzindən ötən gün 45570 sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
COP29-un keçirildiyi 9 gün ərzində daşımalar beynəlxalq meyarlara uyğun ən yüksək səviyyədə təşkil edilib və ümumilikdə 378 minə yaxın sərnişinə xidmət göstərilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir