Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
26 Avqust, 2026
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər
üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda minib-düşməni
həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi
parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”, “5.14” – “minik
taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri
quraşdırılıb.
Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);
İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin
yanı (minib-düşmə yeri);
Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin
yanı (minib-düşmə yeri);
Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin
qarşısı (avtobus zolağında minib-düşmə yeri);
Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı “ASAN xidmət”
mərkəzinin qarşısı (minib-düşmə yeri);
9-cu köndələn küçəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin
yanı (minib-düşmə yeri);
Hüseynbala Əliyev küçəsi, metronun “Memar Əcəmi”
stansiyasının yaxınlığı (minib-düşmə yeri);
Süleyman Sani Axundov küçəsi, metronun “Azadlıq
Prospekti” stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);
Füzuli küçəsi, “28 Mall”un yanı (minib-düşmə yeri);
Şəmsi Bədəlbəyli küçəsi, “28 Mall”un yanı (avtobus
zolağında minib-düşmə yeri).
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir