Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
01 Iyul, 2026
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər
üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 14
tibb və 2 sosial xidmət müəssisəsinin yanında minib-düşməni həyata
keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi
parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik
taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri
quraşdırılıb.
Məhəmməd Xiyabani küçəsi, 39
nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);
Məsud Davudoğlu küçəsi, 20 nömrəli
uşaq poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);
Müzəffər Həsənov küçəsi, 1 nömrəli
Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);
Abbas Səhhət küçəsi,
Travmatologiya və Ortopediya İnstitutunun yanı (minib-düşmə yeri və taksi
duracağı);
Üzeyir Hacıbəyli küçəsi, Respublika
Endokrinoloji Mərkəzin yanı (minib-düşmə yeri və taksi duracağı);
Binəqədi şosesinin köməkçi yolu,
Binəqədi Tibb Mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı);
Zaur Nudirəliyev küçəsi, 7 saylı
Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı);
Süleyman Rəhimov küçəsi, Dəmiryol
Vağzalının qarşısı (minib-düşmə yeri);
Cavadxan küçəsi, 20 nömrəli şəhər
poliklinikasının yanı (minib-düşmə yeri);
Səməd Vurğun küçəsi, Azərbaycan Tibb
Universitetinin Tədris Stomatoloji Klinikasının yanı (minib-düşmə yeri);
Ceyhun Səlimov küçəsi, Müdafiə
Nazirliyinin Mərkəzi Hərbi Hospitalının yanı (minib-düşmə yeri);
Ziya Bünyadov və Atatürk
prospektlərinin kəsişməsi, “İstanbul NS” Klinikasının yanı (minib-düşmə yeri);
Fətəli xan Xoyski və Koroğlu Rəhimov
küçələrinin kəsişməsi, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının yanı
(minib-düşmə yeri);
Fətəli xan Xoyski küçəsi, 5 nömrəli
Şəhər Klinik Xəstəxanasının yanı (avtobus zolağında minib-düşmə yeri);
Tbilisi prospekti, Respublika
Diaqnostika Mərkəzinin yanı (avtobus zolağında minib-düşmə yeri);
Qafur Murad küçəsi (minib-düşmə
yeri) və Ziya Bünyadov prospekti (avtobus zolağında minib-düşmə yeri) Daxili
İşlər Nazirliyinin Hospitalının yanı.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir