Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
02 Iyun, 2026
Paytaxtın
Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin
bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün
əlavə şərait yaradılıb.
Belə ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında
“3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil
olunub.
Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə
taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir