Daha 6 tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb
05 Iyun, 2026
Paytaxtda sosial xidmət və tibb müəssisələrinə gələnlər
üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 6
ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin
rahat minib-düşməsi təmin olunub.
Layihənin davamı olaraq, Sabit Orucov küçəsində
(Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail
Bayramov küçələrində ("Mediland Hospital”ın yanında) parklanma yerlərinin
bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” –
“durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil
edilib.
Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər
Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək
prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre"
və “Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.
Xatırladaq ki, daha öncə paytaxtın 7 ünvanında yerləşən
tibb müəssisələrinin qarşılarında minib-düşmə yerləri və taksilərin sərnişinləri
düşürmələri üçün imkan yaradılıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir